Azərbaycanın vahid Çin siyasəti dəyişməyib - XİN

Azərbaycanın vahid Çin siyasəti dəyişməyib - XİN
  26 Yanvar 2016    Oxunub:1669
Azərbaycanın vahid Çin siyasəti ilə bağlı mövqeyi dəyişməzdir.
AzVision.az xəbər verir ki, bunu Tayvanda keçirilmiş regional seçkilər ilə əlaqədar sorğunu cavablandıran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, Azərbaycan Respublikasının vahid Çin siyasəti ilə bağlı mövqeyi dəyişməz, aydın və ardıcıl xarakter daşıyır.

XİN rəsmisi qeyd edib ki, Azərbaycan vahid Çin prinsipinə uyğun olaraq, beynəlxalq hüquq çərçivəsində məsələnin sülh yolu ilə inkişafını və nizamlanmasını dəstəkləyir.

AzVision.az


Teqlər:





Xəbər lenti