Bakıya qar yağır

Bakıya qar yağır
  26 Yanvar 2016    Oxunub:1962
Təqribən bir saatdır ki, Bakı şəhərində intensiv qar yağır və artıq yerdə oturmağa başlayıb.
Buna baxmayaraq, şəhərə elektrik enerjisi və təbii qazın verilişində heç bir fasilə qeydə alınmayıb.

Paytaxt yollarında buz müşayiət olunmur, ictimai nəqliyyat fəaliyyətini normal şəkildə davam etdirir.

Qeyd edək ki, bu gün günorta saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti pisləşib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yanvarın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə yağıntının sulu qara, qara keçəcəyi gözlənilir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə və gündüz 0-2 dərəcə isti, axşam 1 dərəcəyədək şaxta olacaq.

Azərbaycanın rayonlarında da hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti