Təhsildə Heydər Əliyevin idarəçilik təcrübəsindən necə istifadə olunmalıdır?

Təhsildə Heydər Əliyevin idarəçilik təcrübəsindən necə istifadə olunmalıdır?
  25 Yanvar 2016    Oxunub:4166
Bəhruz Səlimxanov

"Gələcək bilikli, elmli insanların çiyinləri üzərində qurulacaq”.
(Heydər Əliyev)


Azərbaycan Respublikasının Təhsil Qanununda deyildiyi kimi, təhsil cəmiyyətdə və dövlətin inkişafının əsasında durmaqla strateji əhəmiyyətə malik olub və üstün inkişafda olan fəaliyyət sahəsidir.

Cəmiyyətin bütün sahələrində olduğu kimi, təhsilin idarə edilməsi sahəsində də yeniləşmə gedir. Əlbəttə, təhsil sistemini yeniləşdirmə cəmiyyətin digər sahələrindən əsaslı şəkildə fərqlənir. Etiraf etmək lazımdır ki, ölkədə yaradılmış sağlam ictimai-siyasi, mənəvi şərait geniş fəaliyyət imkanları açır. Bu imkanlardan hansı vəzifədə çalışmalarından asılı olmayaraq bütün sahələrdə dərin və hərtərəfli biliyə, bacarığa, praktik hazırlığa, yüksək mədəniyyətə, məsuliyyət hissinə malik vətəndaş tərbiyə edilməsi üçün istifadə olunmalıdır.

Ümummilli liderimiz H.Əliyev təhsil sahəsində çalışanlara müraciət edərək demişdir: "Məktəblərimizdə Azərbaycanın dövlət müstəqilliyinin, azadlığının mənası, məzmunu çox geniş tədris olunmalıdır. Xalqımızı, millətimizi, gənclərimizi tariximizə, mədəniyyətimizə, ənənələrimizə uyğun tərbiyə etmək təhsilin əsas istiqaməti, məktəblərimizin, müəllimlərimizin borcudur”.

Müstəqil Azərbaycan dövlətinin tarixinə, həyatına, milli-mənəvi dəyərlərinə cavab verən dərsliklərin yazılması, məktəblərə çatdırılması ilə vətəndaşlarımızın tariximizi, mədəniyyətimizi mənəviyyatımızı öyrənməsinə nail oluruq. Təlim və tərbiyənin məzmununu dövlətin müəyyənləşdirdiyi standartlara uyğun şəkildə təmin etmək hər bir təhsil işçisinin, məktəb rəhbərinin, pedaqoji kollektivin başlıca vəzifələrindəndir.

Müasir təhsil müəssisələrinə bir-biri ilə qarsılıqlı surətdə əlaqəli hissələrdən ibarət bütöv bir sosial-pedaqoji sistem kimi baxılmalıdır. Bu sistem məktəbin daxilində təşkil edilmiş və xarici mühitlə müəyyən əlaqəyə malikdir. Çətin iqtisadi problemlərin mövcud olduğu dövrdə pedaqoji kollektivlərdə maddi və mənəvi marağı qoruyub-saxlamaq tədris müəssisəsi rəhbərinin daim diqqət mərkəzində olmalıdır. Rəhbərlik etdiyi kollektivin imkanlarına, potensial qüvvəsinə bələd olmaq, onların gücünü əlaqələndirmək, ailə-məktəb -ictimaiyyət "üçbucağı”nı səmərəli formalaşdırmaq, məktəbdaxili prosesləri obyektiv qiymətləndirə bilmək, kollektivin fəaliyyətini bu tələblərə uyğun təmin etmək idarə edən şəxsin bacarığından xeyli dərəcədə asılıdır.

Ölkə rəhbərliyinə yenidən qayıdışı ilə ulu öndər Heydər Əliyev zamanın təlatümlü dalğalarında artıq istiqamətini itirməkdə olan Azərbaycanı özünün fəal və düşünülmüş rəhbərlik təcrübəsi ilə nəinki xilas etdi, həmçinin göstərdi ki, dünyanın böyük dövlətlərinin siyasi maraqlarının kəsişdiyi bir vaxtda kiminsə sənə göstərəcəyi yolla getməməliyik, xalqın, vətənin, gələcəyinə yolu özümüz açmalıyıq.

Aydındır ki, belə bir iş üslubundan istifadə təhsilimizin ayrı-ayrı sahələrinin inkişafında, əlaqələndirilməsində müsbət nəticələrə gətirib-çıxarır.

Ümummilli liderimiz H.Əliyev müəllimlərə müraciətlə demişdir: "Məktəb elə bir prosesdir, orqanizmdir ki, hamı - şagird də, müəllim də bütün kollektiv də inkişafdadır”.Bu orqanın canlı, ahəngdar inkişafını təşkil etmək təhsil sahəsində çalışanların hamısının, ən başlıcası isə müəss isə rəhbərlərinin vacib vəzifəsidir. Qazanılan müvəffəqiyyət həmin vəzifənin necə yerinə yetirilməsindən aslıdır.

(*Bəhruz Ramazan oğlu Səlimxanov - Sumqayıt şəhər 9№-li tam orta məktəbin direktoru)


Teqlər:  





Xəbər lenti