Ordumuz dünyanın ən güclüləri sırasında - SİYAHI

Ordumuz dünyanın ən güclüləri sırasında - SİYAHI
  21 Yanvar 2016    Oxunub:11648
Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularından birdir.

AzVision.az bu barədə “U.S. News and World Report” nəşrinin hazırladığı hesabatda bildirilir.

Ümumilikdə, reytinqdə 60 ölkə yer alıb. Azərbaycan siyahıda 38-cidir.

Yeri gəlmişkən, Ermənistan ordusu ümumiyyətlə siyahıda yer almayıb.

Silahlı Qüvvələrin reytinqi Davos Beynəlxalq İqtisadiyyatı Forumunda təqdim olunub.

Reytinqdə ilk üç pilləni müvafiq olaraq ABŞ, Rusiya və Çin tutur. Onları isə Almaniya və Böyük Britaniya izləyir.

Azərbaycan öz növbəsində siyahıda 38-ci pilləni tutmaqla, Macarıstan, Rumıniya, Çexiya, Malayziya, Argentina və digər ölkələri qabaqlayıb.

Ümumilikdə, MDB ölkələrindən reytinqdə Rusiya (2), Ukrayna (29) və Qazaxıstan (31) yer alıb. Qonşu ölkələrindən İran 12-ci, Türkiyə isə 17-ci yerdədir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti