Tanınmışlar `donuz qripi` haqda: `Mən də virusa yoluxmuşam...`

  15 Yanvar 2016    Oxunub : 6946
Tanınmışlar `donuz qripi` haqda: `Mən də virusa yoluxmuşam...`
Türkiyə, Gürcüstan və Ermənistada “donuz qripi”nə yoluxanların sayı hər gün artır. Adları çəkilən ölkələrdə yüzlərlə insan bu virus yoluxub, onlar arasında ölənlər də var.

Azərbaycanda “donuz qripi”nin yayılmaması üçün rəsmi qurumlar tərəfindən ciddi tədbirlər görülür. Bu məqsədlə Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən ölkənin giriş-çıxışında xüsusi yoxlamalar aparılır. Rəsmi məlumata görə, bu günədək ölkəmizdə ölümcül virusa yoxulma halı qeydə alınmayıb.

Nəzərə alsaq ki, “donuz qripi”ndən heç kim sığortalanmayıb, o zaman özümüzü virusdan qorumağa çalışmalıq.

Tez-tez xarici səfərlərdə olan tanınmış insanlar dünyanı dəhşətə gətirən virusa yoluxmamaq üçün özlərini qoruyurlarmı?



Xalq artisti, tanınmış bəstəkar Faiq Sücəddinov virusa yoluxmamaq üçün özünü qoruduğunu deyib: “Şükürlər olsun ki, Bakıda “donuz qripi” yayılmayıb. Amma şəhərdə qrip virusu geyiş yayılıb. Kimə zəng edirsən, deyir xəstələnmişəm. İnsanlar özlərini qorumalıdırlar. Evdə adi qrip yayılanda, hər kəsə yoluxur. Viruslardan qorunmaq üçün insanlar qoruyucu maskalardan istifadə etmirlər. Nəticədə, qrip geniş şəkildə yayılır. Orqanizmi zəif olan insanlar belə virusa tez yoluxurlar. Mən də qrip virusuna yoluxmuşdum, amma həkimə getmədim. Özümü müalicə etdim”.



Xalq artisti Alim Qasımov uzun müddətdir qrip virusundan əziyyət çəkir: “Neçə vaxtdır qripə yoluxmuşam. Bu virus hava, su ilə yayılır. Özümüzü “donuz qripi”dən nə qədər qorusaq da, qismətdə nə varsa, o da olacaq. İstənilən şəxs bu virusa yoluxa bilər. İnşallah həkimlərimiz bu xəsətliyin müalicə yollarını, dərmanlarını tapacaqlar. Ümidim tək Allaha və həkimlərimizədir. Allah bilir, bəlkə mən də “donuz qripi”ə yoxuldum”.



Xalq yazıçısı Anar qrip virusundan özünü qorumadığıı bildirib: “Mən “donuz qripi” və digər viruslara yoluxmamışam. Belə viruslardan da qorunmuram”.



Millət vəkili Məlahət İbrahim qızı “donuz qripi”nin təhlükəli olduğunu deyərək, insanları ehtiyyatlı olmağa çağırıb: “Viruslar sərhəd tanımır. Onlar hava və damcı yolu ilə yayılır. Şükürlər olsun ki, bizdə “donuz qripi” qeydə alınmayıb. Buna baxmayaraq, xarici səfərlərdə olarkən özümüzü qorumalıyıq. Ölkəmizdə belə viruslara yoluxmamaq üçün marifləndirmə işləri aparılır, vətəndaşların müalicəsi üçün xüsusi mərkəzlər fəaliyyət göstərir. Hazırda Azərbaycanda belə bir təhlükə aşkar edilməyib.

Heç kim “donuz qripi”, “ebola” və digər viruslardan siğortalanmayıb. Vəzifəsindən aslı olmayaraq, hamı gigiena qaydalarına riayət etməlidir. Qrip virusuna yoluxan insanlar şəhərə çıxarkən, xüsusi maskalardan istifadə etməlidirlər”.

Qeyd edək ki, "Donuz qripi"nə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub.

Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə tutulub ki, onların da 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ, Meksika, Kanada Böyük Britaniya, Çili və Avstraliyada daha çoxdur.

Hafiz Əhmədov

Teqlər: