Rusiya Qarabağdakı vəziyyətdən narahatdır - Kremldən çağırış

Rusiya Qarabağdakı vəziyyətdən narahatdır - Kremldən çağırış
  14 Yanvar 2016    Oxunub:3314
2015-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ağır silah və artilleriyadan istifadə olunmaqla döyüşlərin intensivləşməsinin şahidi olmuşuq.

AzVision.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqları şərh edərkən deyib.

"Dinc əhali arasında ölənlərin sayı artıb. Əvvəlki brifinqlərdə də bu barədə danışmışıq. Vəziyyət narahatlıq yaradır", - deyə M.Zaxarova vurğulayıb.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların intensivləşdirilməsi zəruridir: "Tərəfləri atəşkəs rejiminin qorunmasına yönəlmiş sazişə riayət etməyə çağırırıq".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti