Şimon Peres təcili xəstəxanaya yerləşdirildi

Şimon Peres təcili xəstəxanaya yerləşdirildi
  14 Yanvar 2016    Oxunub:2206
İsrailin sabiq prezidenti Şimon Peres bu gün səhər saatlarında təcili xəstəxanaya yerləşdirilib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Peresin sinə nahiyyəsində şiddətli ağrılar olduğu bildirilir.

Qeyd edək ki, Ş.Peresin 92 yaşı var. O, karyerası ərzində Knessetin deputatı, xarici işlər naziri, maliyyə naziri, müdafiə naziri və İsrail prezidenti olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti