Ermənistanda `donuz qripi` sürətlə yayılır - 11 nəfər ölüb

Ermənistanda `donuz qripi` sürətlə yayılır - 11 nəfər ölüb
  14 Yanvar 2016    Oxunub:2057
İrəvanda “donuz qripi”ndən daha bir nəfər ölüb.
AzVision.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu “Erebuni” tibb mərkəzinin mətbuat katibi Şuşan Unanyan bildirib. Onun sözlərinə görə, ölən şəxs 57 yaşlı Astxik Manvelyandır. O, şəkərli diabet xəstəsi olub. Bununla da Ermənistanda bu virusdan ölənlərin sayı 11-ə çatıb.

Xatırladaq ki, Ermənistanda virusa 170 nəfərin yoluxduğu təsdiqlənib. Bundan öncə Ermənistan Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Anait Aytayan bildirib ki, ölkə xəstəxanalarda müxtəlif viruslara yoluxmuş 662 nəfər yerləşdirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti