Ermənistanda “Donuz qripi”ndən 2 nəfər ölüb

Ermənistanda “Donuz qripi”ndən 2 nəfər ölüb
  11 Yanvar 2016    Oxunub:1873
Ermənistanda iki nəfər “H1N1” ("Donuz qripi") virusundan ölüb.
AzVision.az xəbər verir ki, bunu Ermənistan Səhiyyə nazirliyinin mətbuat xidmətinin rəhbəri Anait Aytayan deyib. Belə ki, ötən gecə adı açıqlanmayan Rusiya vətəndaşı Mikaelyan adına Cərrahiyyə İnstitutuna gətirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Bundan başqa anoloji xəstəlikdən Gürcüstan vətəndaşı da həyatını itirib. Məlumata görə, o, əvvəlcə Ermənistanın Gümrü şəhər xəstəxanasına yerləşdirilib, bir müddət sonra adıçəkilən instituta köçürülüb.

Anait Aytayan onu da qeyd edib ki, hazırda xəstəxanalara müxtəlif viruslara yoluxmuş 662 nəfər yerləşdirilib. Onlardan 219-na pnevmaniya diaqnozu qoyulub. Vəziyyəti ağır olan 83 nəfər reanimasiya şöbələrindədir.

İlkin Nəcəfzadə


Teqlər:  





Xəbər lenti