Ermənistanda 5 nəfər “donuz qripi”ndən ölüb

Ermənistanda 5 nəfər “donuz qripi”ndən ölüb
  10 Yanvar 2016    Oxunub:1853
Mikaelyan adına İrəvan Cərrahiyyə İnstitutunda H1N1 (“donuz qripi”) virusundan daha bir nəfər ölüb.
APA-nın “news.am”-a istinadən verdiyi məlumata görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anait Aytyan bildirib ki, ölən kişi Rusiyadan gəlib. Uzun müddət xəstəlikdən əziyyət çəksə də, həkimə müraciət etməyib.

Həmin şəxs Gümrü şəhərində xəstəxanaya yerləşdirilib, sonra isə İrəvana aparılıb.

Həkimlərin səyi nəticə verməyib və o, yanvarın 10-a keçən gecə ölüb.

Mətbuat xidmətinin rəhbəri onu da bildirib ki, bu, “donuz qripi”ndən beşinci ölüm faktıdır.


Teqlər:





Xəbər lenti