Qanunsuz valyuta dəyişənlər cərimələndi

Qanunsuz valyuta dəyişənlər cərimələndi
  31 Dekabr 2015    Oxunub:1870
Şəkidə müvafiq sənədləri olmadan fəaliyyət göstərən valyuta mübadilə məntəqəsinin işçiləri valyuta tənzimi qaydalarını pozduqlarına görə cərimə ediliblər.
AzVision.az DİN-nin saytına istinadən xəbər verir ki, Şəki şəhər rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhərdəki mərkəzi bazarın ərazisində, müvafiq sənədləri olmadan fəaliyyət göstərən valyuta mübadilə məntəqəsinin işçiləri - şəhər sakinləri Yusif Məmmədov və Səbuhi Abdullayev valyuta tənzimi qaydalarını pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinin 222.1 maddəsinə əsasən hər biri 90 manat cərimə edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti