Qar Quba-Xınalıq yolunu bağladı

Qar Quba-Xınalıq yolunu bağladı
  31 Dekabr 2015    Oxunub:2066
Dekabrın 30-dan 31-nə keçən gecə yağan güclü qar Quba-Xınalıq avtomobil yolunu bağlayıb.
"Report"un məlumatına görə, Qubanın Bostankeş, Qalaxudat və Xınalıq kəndlərinin rayonla əlaqəsi kəsilib.
Əraziyə Quba rayon 6 saylı Yol-İstismar İdarəsinin texnikası cəlb edilib. Hazırda Quba-Xınalıq yolunun 53-cü kilometrliyindən 57-ci kilometrliyinə qədər yol bağlıdır.
Yol-İstismar İdarəsindən "Report"a bildirilib ki, hazırda ərazidə iş gedir, Xınalığa gedən sürücülər bir qədər ehtiyatlı olmalıdırlar.
Xatırladaq ki, Quba-Xınalıq avtomobil yolunda bu il baş verən 4-cü analoji haldır.


Teqlər:  





Xəbər lenti