Azərbaycan 2015-ci ildə onları itirdi - ADLAR

Azərbaycan 2015-ci ildə onları itirdi - ADLAR
  15 Dekabr 2015    Oxunub:2972
Vidalaşmağa hazırlaşdığımız 2015-ci il mədəniyyət və incənət dünyasında tanınan simaların itkisi ilə yadda qalıb.
AzVision.az “Qafqazinfo”-ya istinadən 2015-ci ildə bizdən ayrılan məşhurların siyahısı təqdim edir. İlin elə ilk ayı, yəni 28 yanvar tarixində əməkdar incəsənət xadim Vaqif Səmədoğlunu itirdik. Şairin vəfat etməsi uzun sürən xəstəlikdən baş verdiyi qeyd olunub.



Azərbaycanın xalq artisti, bəstəkar Nəriman Məmmədov yaz fəslinin ikinci ayında ( 6 aprel) dünyaya gözlərini yumub. Bəstəkar insult keçirərək dünyasını dəyişib.



Elə həmin ayın 17-də Nəriman Məmmədovun həmkarı xalq artisti Ramiz Mirişli 81 yaşında dünyasını dəyişib.



Məşhur kaman ustası, xalq artisti Habil Əliyev 8 sentyabr tarixində öz sevərlərini üzdü. Xalq artisti 88 yaşında uzun sürən xəstəlikdən sonra öz evində həyatını itirdi.



Başı problemlərdən açılmayan, iki övladını itirən xalq artisti Nuriyyə Əhmədova 10 oktyabrda dünyasını dəyişib. Uzun sürən xəstəlikdən əziyyət çəkən aktrisa 1 saylı Şəhər Kliniki Xəstəxanasında vəfat edib. Nuriyyə Əhmədovanın oğlu Əli İslamzadə xərçəng xəstəliyindən ölüb, qızı isə həyat yoldaşı tərəfindən öldürülüb.



Hələlik ilin sonuncu üzücü xəbəri Musiqili Komediya teatrının aktrisası, əməkdar artist Gülnar Salmanova ilə bağlı oldu.



Ağır şəkər xəstəliyi və böyrək çatışmazlığından əziyyət çəkən aktrisa oktyabrın 24-də həyata gözlərini yumub.


Teqlər:  





Xəbər lenti