PR Akademiya xaricdən təlimçi gətirdi

PR Akademiya xaricdən təlimçi gətirdi
  09 Dekabr 2015    Oxunub:3216
"Akademi Group" şirkətlər qrupunun nəzdində fəaliyyət göstərən "Akademi PR Company"nin "Azərbaycan Tələbə və Gənclər Təşkilatları İttifaqı" ilə birgə təşkil etdiyi "Akademi PR Akademiyası" Türkiyədən təlimçi dəvət edərək, ödənişsiz seminar keçirib.

9 dekabrda Xəzər Universitetinin "Mərmər" zalında baş tutan PR seminarının qonağı Beykent Universitetinin prorektoru, professor doktor Ebru Ural oldu. Gözləniləndən daha artıq tələbənin iştirak etdiyi seminarı “PR akademiya”nın rəhbəri Nuranə Ağazadə Günəşli neft yatağında baş vermiş qəza qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan etdi.

Seminarda gənclərə PR menecmentin sirlərindən, sosial layihələrin PR-nın təşkilindən danışan Professor Ebru Ural da, sözə bütün seminar iştirakçılarına baş sağlığı verərək başladı. Azərbaycan gəncliyinin hər zaman öndə olduğunu qeyd edən professor bildirdi ki, ölkənin ilk yaradılan və təmənnasız şəkildə fəaliyyət göstərən PR Akademiya layihəsini alqışlayır və bu akademiyanın tələbələrinə dəstək olmağa hər zaman hazırdır.



Teqlər:





Xəbər lenti