Dənizdən qızının nişanına gələ bilməyən ata... - FOTOLAR

Dənizdən qızının nişanına gələ bilməyən ata... - FOTOLAR
  09 Dekabr 2015    Oxunub:5872
Dekabrın 4-də Xəzər dənizində baş vermiş faciədə itkin düşən Cavad Xudaverdiyev və Edik Rzaxanovun ailələri onlardan səbrsizlklə xəbər gözləyir...

AzVision.az xəbər verir ki, Ans tv-in əməkdaşı neftçilərin ailələrinə baş çəkib.

Xaçmazın Əbilyataq kənd sakini, 44 yaşlı Cavad Xudaverdiyev dekabrin 4-də Neft Daşlarında baş verən faciəli hadisədən sonra itkin düşən 3 nəfərdən biridir. Ailəsi göz yaşı içində, səbrsizliklə, qapıya baxa-baxa, ümidini üzmədən Cavaddan bir xəbər gözləyir.



Çəkiliş qrupu onun evində olarkən içəridə izdiham olub. Nəzərləri çəkiliş qrupuna dikilən hər kəs "Cavaddan bir xəbər varmı?" deyə soruşub. Anası Səmayə, həyat yoldaşı Şəhla,10 yaşlı oğlu Sənanın Cavadı necə gözlədiyini təsəvvür etmək mümkün deyil.

`Balalarıma anlada bilmirəm, cavab verə bilmirəm. Xahiş edirəm axtarışlar davam etsin. Balamı tapib gətirin, balamı istəyirəm`,- deyə anası Səmayə Xudaverdiyeva bildirib.

Həyat yoldaşı Şəhla Xudaverdiyeva isə deyir: "Ayin 4-ü saat 11-ə işləmiş zəng elədi. Axırıncı dəfə səsini onda eşitmişəm, 5 gündür səsinə həsrətəm". Oğlu Sənan Xudaverdiyev də atasını istəyir: "Nə edirsiz edin, mənim atamı gətirin. Atam üçün darıxmışam".



Sonuncu dəfə kənddə noyabrın 22- də olan Cavad Xudaverdiyev Qarabağ müharibəsi iştirakçısı olub. Ailə dekabrın 19-da Cavadin böyük qızının nişanına hazırlaşırmış.

Xaçmazda dəniz itkisindən xəbər gözləyən daha bir ailə isə Xudat şəhərində yaşayır. Günəşli yatağında baş verən bədbəxt hadisənin qurbanlarından biri də 3 qız atası 32 yaşlı Edik Rzaxanovdur. Edikin atası neçə gündür oğlundan ümidverici xəbər gözləyir.



`Gəlsə də, gəlməsə də balamı mənə təqdim etsinlər. Gozləyirəm yenə, ümidimi üzməmişəm`- deyə Edik Rzaxanovun atası Rivazin Rzaxanov bildirib.

Hamı ümid edir ki, dəniz sularının yoxa çıxardığı bu iki neftçidən bir xəbər olacaq.



AzVision.az


Teqlər:  





Xəbər lenti