Gənc psixoloqların I qurultayı keçirilib

Gənc psixoloqların I qurultayı keçirilib
  08 Dekabr 2015    Oxunub:3198
“Gənc Psixoloqlar” İctimai Birliyi Azərbaycan Gənc Psixoloqlarının I qurultayını təşkil edib.

“Günəşli yatağı”nda baş verən qəzayla əlaqədar vəfat edənlərin xatirəsini bir dəqiqəlik sükutla yad edən 100-dən çox gənc psixoloqun qatıldığı qurultay zamanı iştirakçılara təşkilat haqqında məlumat verilib və üzvlərin iştirakı ilə “Gənc Psixoloqlar” İctimai Birliyinin idarə heyətinin formalaşdırılması üçün səsvermə keçirilib.

Səsvermənin nəticələrinə,əsasən, Gənc Psixoloqlar İctimai Birliyinin sədri Orxan Oruczadə, baş katibi Rövşən Hümbətov, “İctimaiyyətlə əlaqədar şöbəsi”nin məsul şəxsi Aidə Səlim, “Layihələrin idarə edilməsi” üzrə Zümrüd Əkbərova və “Beynəlxalq əməkdaşlıq” üzrə məsul şəxs isə Sevda Cəlilzadə seçilib.

Birlik əsas məqsəd kimi qarşısına ölkənin gənc psixoloqları arasında şəbəkələşmə yaratmaqla cəmiyyətin psixi sağlamlığı istiqamətində vahid fəaliyyəti təmin və təşkil etməyi qoyub.

Xatırladaq ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış “Gənc Psixoloqlar” İctimai Birliyi, həmçinin 2017-ci ildə Azərbaycanda keçiriləcək Avropa Gənc Psixoloqlar Assosasiyasının (EFPSA) 31-ci illik qurultayının da təşkilatçısıdır.


Teqlər:





Xəbər lenti