`Neftçilər`də bomba xəbəri yalan çıxdı

`Neftçilər`də bomba xəbəri yalan çıxdı
  08 Dekabr 2015    Oxunub:2167
"Neftçilər" metro stansiyasında partlayıcı qurğu olması barədə xəbər təsdiqini tapmayıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nizami rayonunda Bakı Metropoliteninin "Neftçilər" stansiyasında partlayıcı qurğu olması barədə məlumat daxil olub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Xüsusi Riskli Xilasetmə Xidmətnin müvafiq bölmələri hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birlikdə axtarış işləri aparıb və heç bir şübhəli əşya aşkar etməyiblər.

AzVision.az


Teqlər:





Xəbər lenti