`Reklamları da dayandırdıq` - Telekanal rəsmisi

`Reklamları da dayandırdıq` - Telekanal rəsmisi
  07 Dekabr 2015    Oxunub:1907
"Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində həyatını itirənlərin xatirəsinə ehtiram əlaməti olaraq ölkə ərazisində 1 günlük matəm elan olunduğu andan, Region TV həmin günə olan efir proqramında dəyişiklik edib".

Bunu Region TV-nin mətbuat katibi İsmayıl Həsənov bildirib. Kanal rəsmisi eyni zamanda onu da vurğulayıb ki, efir proqramındakı dəyişiklik 3 gün müddətində davam edəcək:

- Reklam yayımı haqqında Qanunun 20.8-ci maddəsini əsas tutaraq, matəm günü efirimizdə reklam xarakterli teleməhsulların da yayımını dayandırdıq. "Region TV" kollektivi olaraq, faciə nəticəsində vəfat edənlərin yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara Allahdan şəfa diləyirik.


Teqlər:





Xəbər lenti