İtkin düşənlərdən daha birinin cəsədi tapıldı

İtkin düşənlərdən daha birinin cəsədi tapıldı
  06 Dekabr 2015    Oxunub:9274
`Günəşli` yatağında baş verən hadisə zamanı itkin düşən şəxslərdən daha birinin cəsədi taplıb.
Bu barədə AzVision.az-a Pirallahı sakinləri məlumat veriblər.

Bildirilib ki, itkin düşən neftçinin cəsədi bir neçə saat öncə Pirallahı sahilində aşkar edilib. Həmin şəxsin kimliyi hələlik bilinmir.

Qeyd edək ki, rəsmi məlumata görə, dekabrın 4-də Xəzərdəki "Günəşli” yatağında baş vermiş qəzada 32 nəfər xilas olulub, 1 nəfər həlak olub, 29 nəfər itkin düşüb.

Hadisə ilə bağlı Dövlət Komissiyası yaradılıb cinayət işi açılıb. Qəzada itkin düşənlərin axtarış-xilasetmə işləri davam etdirilir.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti