Ucarda 4 otaqlı ev yanıb

Ucarda 4 otaqlı ev yanıb
  06 Dekabr 2015    Oxunub:1244
Ucarda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Bərgüşad kəndində (rayon mərkəzindən 35 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan kürsülü birmərtəbəli 4 otaqlı evdə baş verib. Nəticədə evin dam örtüyü, bir otağının yanar konstruksiyaları 16 kv.m sahədə və ev əşyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti