Rəsmi Bakıdan Türkiyə-Rusiya gərginliyinə münasibət
AzVision.az xəbər verir ki, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “twitter” səhifəsində yazıb. O, qeyd edib ki, hər iki ölkə ilə Azərbaycanı tarixi əlaqələr bağlayır.
“Hər iki ölkə ilə əlaqələrimiz ən yüksək səviyyədədir. Azərbaycan çox istəyir ki, dostları arasında heç bir qarşıdurma olmasın. Azərbaycan gərginliyin azalması işinə öz töhfəsini verməyə hazırdır,” - deyə N. Məmmədov əlavə edib.