Böyük futbol axşamı

  20 Fevral 2013    Oxunub : 352
Böyük futbol axşamı
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Milanda eyniadlı komanda ilə dünyanın ən güclülərindən olan “Barselona” arasında futbol tamaşası gözlənilir. İtaliya və İspaniya nəhəngləri ötən mövsüm bu turnirdə bir qrupda mübarizə aparmışdılar. Onda evdə heç-heçə edən “Barsa” səfərdə qalib gələrək, qrup lideri kimi, rəqibi isə 2-ci yerlə 1/8 finala çıxmışdı. İspanlar bu dəfə də favoritdir və cari mövsümdə qeyri-sabit oynayan “Milan”a çətin olacaq.

Azarkeşlərmiz üçün İstanbuldakı oyun Milandakı matçdan heç də az maraq kəsb etməyəcək. Axı Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray”a qış fasiləsindəki transferlərindən sonra daha böyük ümidlər bəslənilir.

Uesli Sneyder, Didye Droqba kimi ulduzları heyətinə qatan “Cim Bom” münasib rəqib olan “Şalke”nin öhdəsindən gəlməlidir. Bunun üçün ev matçında mütləq qələbə lazımdır. Almanların cari mövsüm uğursuz çıxışı və İstanbula ciddi itkilərlə gəlməyi “Qalatasaray”ın şansını artırır.

20 fevral
23:45. “Milan” (İtaliya) – “Barselona” (İspaniya)
23:45. “Qalatasaray” (Türkiyə) – “Şalke” (Almaniya)

Teqlər: