Avtomobil iki piyadanı vurub öldürdü

Avtomobil iki piyadanı vurub öldürdü
  19 Noyabr 2015    Oxunub:1193
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, noyabrın 18-də saat 22 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Namiq Nəcəfov idarə etdiyi «Toyota Land Gruiser» markalı avtomobillə 1969-cu il təvəllüdlü Nurəli Nuriyevi və 1978-ci il təvəllüdlü Teyfur Əsgərovu vurub.

Hər iki piyada hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti