Çin dünyanı buradan vurur

Çin dünyanı buradan vurur
  20 Fevral 2013    Oxunub:2332
ABŞ başda olmaqla bir çox ölkələrə son illərdə təşkil olunana kiber hücumların mənbəyi təhlükəsizlik firması tərəfindən aşkar edilib. Tapılan 12 mərtəbəli binanın çin ordusuna məxsus olduğu güman edilir.
Mandiant adlı təhlükəsizlik firması Çin ordusunun içindəki "61398" kod adlı təşkilatlanmanı "dünyanın ən təhlükəli cəsus qrupu" adlandırıb.
Şirkətin nümayəndələrinin fikrincə, bu qrup 141 qurumdan yüzlərlə terabayt məlumat oğurlayıb.
Çin isə hökümət quruluşlarının və xarici şirkətlərin kiber hücumlar təşkil etmək fikrini inkar edir. "Times" qəzetinə verilən açıqlamada xakerliyin bir cinayət olduğu və Çin hökümətinin heç vaxt belə bir şeyə razı olmayacağı deyilib.
Qey edək ki, 2004-cü ildən bu yana araşdırma aparan şirkət xaker qrupuna dövlətin dəstək verdiyini iddia edir. Axtarış nəticəsində Şanxayın Pudonq bölgəsindəki 12 mərtəbəli bina diqqət mərkəzinə gəlib. Hətta 61398 nömrəli hərbi birliyin burada olduğu da məlum olub.


Teqlər:  





Xəbər lenti