Azərbaycan jiqaloları – ARAŞDIRMA

Azərbaycan jiqaloları – ARAŞDIRMA
  20 İyun 2013    Oxunub:20388
Hər zaman qadınların əxlaqsızlığı, fahişəliklə məşğul olub, bədənini satması qınaq obyektinə çevrilib, tənqid edilib. Kişilərin əxlaqsızlığı, fahişəliyi barədə isə demək olar ki, heç kim danışmaq istəməyib. Amma bu dəfə biz məhz özünü satn kişilərdən danışmaq istəyirik.
Jiqalo - yəqin ki, çoxunuz bu ifadnin anlamını başa düşdünüz. Jiqalo - alfons və ya kişi fahişəsi deməkdir. Jiqalolar qadınları və homoseksualları istədikləri zaman, istədikləri kimi təmin edən peşə sahiblərinə verilən addır.

Jiqaloluğun da tarixi fahişəlik kimi qədim dövrlərə gedb çıxır. Dünyanın müxtəlif ölkələrində leqal və ya qeyri-leqal jiqalolar fəaliyyət göstərir. Tarixçi Murad Bardakçı “Osmanlıda Seks” kitabında yazır ki, Türkiyədə ilk rəsmi fahişələr Qanuni Sultan Süleymanın, ilk jiqalolar isə Sultan Səlimin dövrünə təsadüf edir. Kitaba görə, Sultan Səlimin dövründə qəhrəman kimi tanınmış Bali bəyin həyat yoldaşı jiqalo həvəskarı imiş. Bütü var-dövlətini onlara xərcləyirmiş.

Amerikada isə kişi fahişəliyinin tarixi elə bu dövlətin yaranmasına - 17-ci əsrə gedib çıxır. Bir çox dünya ölkələrində jiqololuq qanunla təsdiqlənsə də, bir çox ölkələrdə buna icazə verilmir. Qəbul edilən ölkələrdə onlar xüsusi xidmət müəssisələrində fəaliyyət göstərir, telefon zəngilə dəvət edilir, saytlarda reklam olunurlar.

Azərbaycanda da bu peşə sahibləri mövcuddur.Onlar digər ölkələrdən fəqli olaraq, yalnız qadınlara xidmət edirlər. Onları ən çox mail.ru-nun tanışlıq tapmaq olar. Belə ki, jiqalolar kimliyindən asılı olmayaraq, mesaj ataraq, xidmətlərini təklif edirlər.

Anarın (ad şərtidir) 26 yaşı var. 6 ildir ki, rayondan Bakıya yaşamağa gəlib. Lakin uzun müddət iş tapmayan Anar gecə klublarının birində 43 yaşlı bir xanımla tanış olur: “Elə günlər olurdu, klubda qalırdım. Onunla tanış olandan sonra məni başa saldı ki, yaraşıqlıyam və görkəmimlə, bədənimlə pul qazana bilərəm. Əvvəlcə razı olmadım. Daha sonra başa saldı ki, mən ancaq qadınlarla yaxınlıq edəcəyəm. O mənim üçün “kliyentlər ” tapırdı. İlk dönəmlərdə 2-3 saata 50 manat verirdilər. Zaman keçdikcə, qadınlar dəyişir, verilən pulun məbləği də artırdı”.



Anar deyir ki, həyatda öyrənməli nə vardısa, “kliyenti” olan qadınlar ona öyrədib: “Bəzən iyrəndiyim, yaxın durmaq istəmədiyim qadınlar da olub, amma həmişə buna iş kimi baxmışam. Özümü məcbur etmişəm”.

Anar deyir ki, seks üçün pul verən qadınlar çox tələbkar olur, bəziləri isə ona insan deyil, əşya kimi baxıblar. Əvvəlki dövrlərdə məcburiyyət qarşısında bütün qadınlara xidmət edən Anar deyir ki, indi qadınları özü seçir. İstəmədiyi qadınlarla yaxınlıq etmir.

6 ilin içində özünə ev və maşın alan jiqalo kimsənin onun bu peşə sahibi olduğunu bilmədiyini deyir: “Ətrafımda hamı məni normal iş adamı kimi tanıyır. Bir mağazam var, hamı ora ilə keçindiyimi düşünür. İndi getdiyim xanımlar isə saatına 200-500 manat verirlər. Artıq bu işdə professionalam”.

Jiqalo deyir ki, indi sahib olduğu evi və maşını 1 ilə yaxın xidmət göstərdiyi xanımlardan biri hədiyyə edib. “O deyirdi ki, mən ideal kişiyəm. Mən isə o qədər qadınlarla ünsiyyətdə olmuşam ki, indi ürəyim istəmir. Bəzən sıxıntılarım olanda xidmətə gedirəm”.

Anar hər kişinin jiqalo ola blməyəcəyini deyir. Onun sözlərinə görə, jiqalo olmaq üçün gözəl, baxımlı xarici görünüşə sahib olmaq lazımdır. Bundan əlavə, jiqalo olmaq üçün ən əlverişi yaş 20 yaşdır: “Jiqalo olmaq üçün təmiz, baxımlı olmaq, gözəl bədənə sahib olmaq, hər zaman gözəl və təmiz geyinmək və ətirlənmək lazımdır. Ancaq təmiz olan jiqalolar “kliyent” çətinliyi çəkmir”.

Anarın müştəriləri daimi olduğu üçün demək olar ki, hamısının xasiyyətinə bələddir. O, deyir ki, qadınların əksəriyyəti əsəbi olanda onu çağırırlar: “Bir qadın var idi. 52 yaşı olan bu xanım xəstəlikdən əziyyət çəkirdi. Onun ağrıları tutanda məni çağırırdı. Biz onunla söhbət edir, yemək yeyir dik. Sonra isə məni öpüb yola salırdı. Başa düşürdüm ki, mən ona mənəvi hisslərin ödənilməsi üçün lazımam”.

Anarın fikrincə, jiqalo olan kişilər sirr saxlamağı bacarmalıdırlar. Çünki onlara yuxarı təbəqənin də xanımları müraciət edir. O hesab edir ki, Avropa ölkələrində olduğu kimi Azərbaycanda da bu peşə tanınmalıdır. Çünki insanların buna ehtiyacı var.



Dünyanın müxtəlif ölkələrində, o cümlədən Türkiyədə jiqalonun daha müasir formaları - rentboy və eskortlar fəaliyyət göstəriri. Belə ki, bu peşə sahibləri yalnız qadınlara deyil, kişilərə də xidmət edirlər. Azərbaycanda da zəngin iş adamlarına xidmət edən rentboylar az deyil. Sadəcə olaraq, bu iş gizlilik tələb etdiyi və ölkədə birmənalı qarşılanmadığı üçün o insanlar kölgədə qalır.

Jiqaolalara daha çox varlı və orat yaş həddini keçmiş qadınlar müraciət edirlər. Türkiyədə jiqalonun 1 saatının qiyməti 500-1000 lirə, Avropa ölkələrində isə 1000-1500 dollardan başlayır. Azərbaycanda isə bu qiymət 500 manatdan başlayır.

Xarici ölkələrin bəzisində bu, mədəni və önəmli iş hesab edilir. Həmin ölkələrdə jiqalolar özlərini fahşə hesab etmirlər. Onlar bu iş vasitəsilə qadınları xoşbəxt etdiklərini, onlara yaşamadıqları hissləri yaşatdıqlarını düşünürlər. Pul qarşılğında sevgi, əzizlənmək və seks...

Sosioloq Nəzakət Əhmədova deyir ki, bu peşənin Azərbaycanda inkişaf etməsi qeyri-mümkündür. Çünki Azərbaycan kişisi hər zaman namusu, qeyrətilə seçilib: “İnanmıram ki, Azərbaycan kişisi bədənini pul qarşılığında satsın. Əgər belə insanlar varsa da, onlara yazığım gəlir. Onların xəstə olduğunu düşünürəm. Düzdür, qadınların fahişəliyi də qəbul edilməzdir, amma kişi fahişəliyi haqqında eşitmək belə ağırdır. Düzünü deyim ki, Azərbaycan qadınının da pul verib kişi saxlama, kişi ilə münasibətdə olma fikri inandırıcı deyil”.

Sosioloq hesab edir ki, jiqalo, rentboy, eskort kimi anlayışlar Avropadan gəlmə ifadələrdir. Azərbaycanda belə insanlar tarix boyu olmayıb: “Əslində Avropa ölkələri inkişaf etmiş, mədəni ölkələrdir. Bizim insan isə hər yerdə hər şeyin pisini götürməyə alışıb. Yəqin ki, bu pis alışqanlıqlar zamanla aradan qalxar. Mən inanmıram ki, Azərbaycanda kişi fahişəliyi yayılsın. Bu absurd fikirdir”.

Nə qədər qəbuledilməz olsa da, danılsa da, Azərbaycanda jiqalolar var. Onların bəzisi bunu gizli etsə də, bəziləri “kliyent” tapa bilməyəndə açıq-aşkar qadınlara müraciət edirlər. Biz təkcə qadınları fahişəlikdə qınanamamalıyıq. Zəngin iş adamlarına jiqalolouq edən tanınmışlar da az deyil...

İradə CƏLİL
AzVision.az üçün


Teqlər:  





Xəbər lenti