Tanınmış seyid nəvəsi qatil oldu

Tanınmış seyid nəvəsi qatil oldu
  20 Fevral 2013    Oxunub:1465
Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə Ceyranbatan Bağlar massivində qeydə alınıb. Bakı şəhər sakini 20 yaşlı Mirfədail Mircəfərli Sumqayıt sakini 23 yaşlı Asif Məmmədovu bıçaqlayıb. APA bildirir ki, yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Asif Məmmədova bıçaqla xəsarət yetirən Mirfədail Mircəfərli tutulub.

Məlumata əsasən, hadisəni törədən Mirfədail Mircəfərli Azərbaycanın tanınmış seyidi Seyid Mir Həsən Ağanın nəvəsidir.


Teqlər:  





Xəbər lenti