Bakı küçəsində nadir tank – UNİKAL FOTO
Ağırlığı 30 ton olan tank 150 at gücünə malik 6 silindrli “Rikardo” karbüratorlu mühərriki ilə təchiz olunmuşdu. Karbüratorun barmaqlığı tankın böyründə yerləşirdi (şəkildə də görünür). 1000 dövr/dəqiqə dönüşü olan mühərrik tanka 6.5 km/saat sürət verə bilirdi.
İlk “Mark V”lər 1918-ci ilin mayında buraxılıb. Ümumilikdə 200-ü “erkək”, 200-ü də “dişi” olmaqla 400 tank istehsal edilib. Həmin tanklardan 77-si Fransaya, bir neçəsi Amerikaya bağışlanmışdı.
Tanklardan bir neçəsini almanlar və ruslar da ələ keçirmişdi. Ruslar bu tanka “Rikardo” adı qoymuşdu. Həmin tanklar 1930-cu ilə qədər Qızıl Orduda işlədilirdi. Güman ki, şəkildə gördüyünüz də həmin tanklardan biridir.
Fotonu redaksiyaya təqdim etdiyinə görə tanınmış jurnalist Füzuli Sabiroğluna təşəkkürümüzü bildirirk.
AzVision.az