Namaza durdular, ev partladı

Namaza durdular, ev partladı
  20 Fevral 2013    Oxunub:1568
Qaz sızmasından xəbərsiz olan ailənin evdə işığı yandırması partlayışa səbəb olub.
Şamaxıda mənzildə baş verən partlayış nəticəsində 5 nəfərin ağır xəsarət almaıb. Şamaxı Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Şamaxının Mədrəsə qəsəbəsində qeydə alınıb.

1951-ci il təvəllüdlü Şakirov Kamal Ələddin oğluna məxsus ümumi sahəsi 280 kvadratmetr olan iki mərtəbəli evdə qaz sızması səbəbindən güclü partlayış baş verib. Hadisə zamanı Kamal Şakirov və həyat yoldaşı, 1951-ci il təvəllüdlü Şakirova Məhburə Şahzadə qızı, qardaşı 1962-ci il təvəllüdlü Şakirov Zakir Ələddin oğlu, onun həyat yoldaşı, 1963-cü il təvəllüdlü Şakirova Nəzirə Mirəz qızı və nəvəsi 2011-ci il təvəllüdlü Şakirova Rumaysə Mustafa qızı müxtəlif dərəcəli yanıq xəsarətləri və ağır kəllə beyin travması, sınıq xəsarətləri ilə Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

APA-nın məlumatına görə, səhər saatlarında namaz qılmaq üçün ayağa qalxan ev sakinləri qaz sızmasından xəbərsiz olublar və işığı yandırarkən partlayış baş verib. Faktla bağlı araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti