Tətil günləri dəyişdi

Tətil günləri dəyişdi
  20 Fevral 2013    Oxunub:1441
Martın 17-si bazar gününə düşdüyündən tətil günlərində dəyişiklik edilib.
Azərbaycanda məktəblilərin yaz tətili günlərində dəyişiklik olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızının sözlərinə görə, məktəblilərin yaz tətilinin müddəti martın 17-dən 24-nə qədərdir. Lakin martın 17-si bazar gününə düşdüyündən tətil günlərində dəyişiklik edilib. Belə ki, 5 günlük qrafiklə işləyən məktəblərin şagirdləri martın 15-dən, 6 günlük qrafiklə işləyən məktəblərin şagirdləri isə martın 16-dan yaz tətilinə çıxırlar.

Qeyd edək ki, Novruz bayramı ilə bağlı Nazirlər Kabinetinin elan etdiyi qeyri-iş günləri ilə əlaqədar orta məktəblərdə dərslər martın 27-də başlayacaq.



Teqlər:  





Xəbər lenti