Gürcüstanda azərbaycanlının ürəyindən vurdular

Gürcüstanda azərbaycanlının ürəyindən vurdular
  20 Fevral 2013    Oxunub:1501
Hadisə azərbaycanlıların kompakt yaşadığı gürcü kəndində baş verib.
Dünən Tiflisdə bir azərbaycanlının qətlə yetirilməsi ilə nəticələn hadisə baş verib. Hadisə Tiflis şəhərinin yaxınlığında yerləşən və azərbaycanlıların kompakt yaşadığı Poniçala kəndində baş verib. Məlumata əsasən, iki azərbaycanlı gənc arasında baş verən anlaşılmazlıq 1990-cı il təvəllüdlü Elçin Məcid oğlu Tanrıverdiyevin ölümünə səbəb olub. Hadisə şahidlərinin APA-ya məlumatına görə, Moskvadan yenicə qayıdan Elcan Vilayət oğlu Cəfərovla Elçin Tanrıverdiyev maşın alqı-satqısı barədə mübahisə ediblər.

Məlumata görə, Elçin Tanrıverdiyev borcunu tələb etdiyi üçün Elcan evdən götürdüyü bıçaqla onun ürəyinə vurub. E. Tanrıverdiyev xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları Elcan Cəfərovu axtarırlar. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.



Teqlər:





Xəbər lenti