ABŞ Çinə də sanksiya tətbiq edəcək

ABŞ Çinə də sanksiya tətbiq edəcək
  20 Fevral 2013    Oxunub:2091
ABŞ Çini kiber hücumlarda günahlandırır.
ABŞ-ın müəssisə və təşkilatlarına rəsmi Pekinin təşəbbüsü ilə kiber hücumlar təsdiqini taparsa Obama administrasiyası Çinə qarşı sanksiyalar tətbiq edəcək. Bu barədə qərb mətbuatı məlumat verir.
Ötən gün amerikanın kibertəhlükəsizlik məsələləri üzrə ixtisaslaşmış Mandiat şirkəti, amerika şirkətlərinə kiber hücumun məhz Çinin Xalq Azadlıq Ordusunun bölməsi tərəfindən təşkil olunduğunu təsdiq edən hesabat verib.
Çinin Xarici İşlər Nazirliyinin nümayəndəsi Xun Ley bu məlumatı təkzib edib. Bəyan edib ki, Çin müntəzəm olaraq analoji hücumlara məruz qalır və bu hücumların məhz ABŞ tərəfindən tətbiq olunduğu ehtimal olunur.


Teqlər:  





Xəbər lenti