Niyə insanlar rəqs edir? – ELMİ CAVAB

Niyə insanlar rəqs edir? – ELMİ CAVAB
  01 Sentyabr 2015    Oxunub:30056
Niyə biz rəqs edirik? Niyə musiqi bizim “sümüyümüzə düşür” və oynamağa başlayırıq?

Səbəb bir neçədir. Başlayaq oradan ki, musiqi bizim beynimizin `orbitofrontal korteks` adlanan hissəsini stimullaşdırır, paralel olaraq, bədənin hərəkətlərini koordinasiya edən `beyincik` adlı zonanı da oyadır. Bu proses zamanı həzz hormonları ifraz olunur.

Bundan başqa, rəqs – canlılar arasında sosial mesajlaşma növüdür. İbtidai insanlar rəqslə bir-birinə müəyən informasiyaları ötürürdülər. Bəzi heyvanlar və quşlar indi də belə edirlər. Yəni rəqs – ünsiyyətin ilk və ən qədim formalarından biridir. Və bu vərdiş – rəqs ilə informasiya ötürmək,- indi də bizim gen yaddaşımızda qalıb.

Heyvanlar aləmində və eləcə də ibtidai insanlar arasında rəqs həm də cinsi partnyoru seçməyin bir vasitəsi olub. Rəqs yolu ilə fərdlər əks cinsin diqqətini cəlb etməyə çalışırlar. Çünki altşüur səviyyəsində bizim bədənlərimiz qarşı cinsdən olan fərdlərin rəqsindən müəyyən informasiyalat alır, xarakterlərinin necə - aqressiv, yoxsa yatımlı olduğunu başa düşür. Biz şüurlu şəkildə bini dərk etməsək də, rəqs edən əks cinsin nümayəndəsinə tamaşa edəndə bədənimiz `araşdırma` aparır. Çünki onun bütün özəllikləri əslində rəqsində ifadə olunur.

AzVision.az


Teqlər:  





Xəbər lenti