Sabah qazsız qalacaqlar

Sabah qazsız qalacaqlar
  20 Fevral 2013    Oxunub:2140
Sabah bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq.
ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq 20 fevral 2013-cü il tarixdə saat 8-dən “Ucar”, “Lək”, “Zərdab” və “Göyçay-2” qazpaylayıcı stansiyalarından, saat 10-dan 18-dək isə “Qəbələ”, “Köçəsgər”, “Xudat” və “Yalama” qazpaylayıcı stansiyalarından təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Ucar, Zərdab, Göyçay, Qəbələ rayonlarına, Ağstafa rayonunun Köçəsgər, Köhnəqışlaq və Eynallı kəndlərinə, Xaçmaz rayonunun Xudat şəhəri istiqamətində yerləşən bütün yaşayış məntəqələrinə təbii qazın verilişində fasilələr yaranacaq.


Teqlər:





Xəbər lenti