Sentyabrda yeni universitet açılır

Sentyabrda yeni universitet açılır
  19 Fevral 2013    Oxunub:1489
Hazırda həmin universitet üçün müvafiq bina axtarılır.
Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan İnformasiya Texnologiyaları Universiteti bu ilin sentyabr ayından fəaliyyətə başlayacaq. Bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov qeyd edib.

Ə. Abbasov onu da vurğulayıb ki, hazırda sözügedən ali məktəb üçün müvəqqəti bina axtarılır ki, daha sonra müvafiq yerdə bu universitet üçün düşərgə tipli yeni bina tikiləcək. Onun sözlərinə görə, cari ilin yay aylarında İnformasiya Texnologiyaları Universitetinə qəbul imtahanları keçiriləcək. Elə sentyabr ayından etibarən bu ali təhsil müəssisəsi fəaliyyətə başlayacaq”.


Teqlər:





Xəbər lenti