Ədalət Şükürov: “Heç bir biznesim yoxdur” – MÜSAHİBƏ
Müğənni Ədalət Şükürovun AzVision.az-a müsahibəsi
- Artsa da, çoxu səhnədə qala bilmir. Əgər 10 faizi gəlibsə, inanın ki, 40 faizi gedib. Çünki çoxu öz üzərində işləmir, amma elə bilirlər ki, əbədi olaraq səhnədə qalacaqlar. Əgər səni tədbirlərə dəvət etmirlərsə, dolanmağa və inkişaf etməyə imkan da olmur.
- Populyarlaşmaq üçün ifaçıya ilk olaraq nə lazımdı? Səs, görünüş yoxsa pul?
- Əlbəttə ki, səs vacibdi amma pul indi daha çox vacibdi. Bir çoxları var ki, yaxşı oxyurlar, amma onlar heç harda yoxdurlar. Çünki madiyyat yoxdur. Klip çəkməyə, mahnı yazdırmağa mütləq vəsait lazımdır.
– Sizin səhnəmizə yeni üslub gətirdiyinizi demək olar?
– Yeni üslub gəlib artıq, on üç ildir. Mən gətirmişəm. Mən fəxr edirəm ki, bu üslub da gəldi çıxdı Azərbaycana. Musiqidən başı çıxmayan elə bilir ki, bu mahnıların hamısı eynidir. Yox, eyni deyil.
- Ən çox pul xərclədiyiniz mahnınız və ya klipiniz hansı olub?
- Mahnının aranjımanını özüm eləyirəm. Əks halda 2000 manata yaxın başa gəlir, başqaları bunu hazır alır. Klip çəkilişi isə 3000-5000 manat arası.
- Oxuduğunuz mahnıların çoxu sevənlərin ürəyincədir desək, yanılmarıq. Bizim səhnəyə serenada janrını siz gətirmisiniz. Bəs Ədalət özü kiminsə pəncərəsində səhərədək serenada oxuyub?
- Bilirsiniz, o vaxtlar çox romantik dövr idi. Təbii ki, serenada da oxumuşuq, sevgi məktubları da yazmışıq, ancaq təəssüflər olsun ki, indi elə deyil, hər şey mesajla həll olunur.
- Həmkarlarınızdan kiminlə duet oxumaq istəyərdiniz?
- Hazırda belə fikir yoxdur, amma əgər maraqlı mahnı olsa, oxuyaram. Bir çox müğənnilərlə oxumuşam - Ayan, İntizar, Röya, Aygün Bəylər, Qala, Çingiz Mustafayev, Manana.
- Səyahət etməyi çox sevən birisiniz Bəs əlavə məşğuliyyət kimi daha nələrlə məşğulsunuz?
- Bəli, səyahət etməyi çox sevirəm və imkan olduqca edirəm də. Əlavə məşğuliyyət kimi isə idmanla, vaxt olanda isə xarici dillərlə məşğul oluram.
- Bir çox şou-biznes nümayəndələri mühafizəçilərlə gəzirlər. Hətta kişilər belə. Bəs siz? Mühafizəçiniz var?
- Mühafizəçim yoxdur, amma əslində lazımdır və mən buna normal baxıram, Çünki, işimiz çətindir və cürbəcür insanlarla qarşılaşırıq.
- İki övlad atasısınız. Övladlarınıza, ailənizə vaxt ayıra bilirsinizmi?
- Əvvəllər vaxtım çox idi, daha çox maraqlana bilirdim. İndi uşaqlar böyüyüb artıq, amma ona baxmayaraq bacardığım qədər vaxt tapıb onlarla bir yerdə oluram. Daha çox isə yoldaşım məşğul olur onlarla.
- İfaçılıqdan əlavə hansı işlə məşğulsunuz?
- Heç bir işlə məşğul deyiləm, çoxları deyir ki, hansısa bir biznesi də var. Amma 7 ildi ki, öz işimdən başqa heç bir işim yoxdu.
- Dil öyrənməyi sevirsiniz, bəs mütaliəni? Ədəbiyyata marağınız var?
- Ədəbiyyata həmişə həvəsim olub, amma son zamanlar daha çox informativ xarakterli ədəbiyyatlar oxuyuram. Beynimi isə artıq lazımsız informasiyalar ilə doldurmaq istəmirəm.
- Dünyanın ən usta aşbazları kişilərdir, deyirlər. Bəs siz necə? Yemək bişirə bilirsiniz?
- Yemək bişirə bilirəm və cavanlıqda yataqxanada qalanda, tələbə olanda həmişə özüm bişirmişəm, amma evlənəndən sonra yox. Allaha şükür ki, yoldaşım yaxşı yemək bişirə bilir, yəni ki, mənə ehtiyac yoxdu.
- Heç olubmu ki, ev işlərində yoldaşıııza kömək edəsiniz?
- Əlbəttə ki, həmişə kömək etmişəm və edəcəyəm də. Nəyi isə mən edə bilməyəndə, vaxt olmayanda o eləyir. Onun vaxtı olmayanda isə mən.
- Xalq artisti almağa hələ çox var?
- Bilirsiniz, onu mən həll etmirəm, bu cür qərarları dövlət başçısı verir. Bir çox dövlət tədbirlərində də iştirak edirəm. Amma insalar elə bilir ki, biz yalnız toylara gedirik. Bunu da görən görür, bilən bilir.
- Qalmaqallardan uzaq birisiniz.Bunu necə bacarırsınız?
- İnanın ki, çох çətindi. Çox şey deyirlər və bunsuz mümkün deyil. Buna baxmayaraq hər şey edirəm ki, mənim haqqımda heç kim danışmasın. Mənim heç vaxtım da yoxdur, kiməsə baş qoşam. Kim nə deyir-desin.
- Son olaraq, solo konsert gözlənilirmi? Ümumiyyəltlə, yaradıcılıqda nə yeniliklər var?
- Moskvada və Dağıstanda konsertlərimiz olur. Bilirsiniz, konsertləri də təşkilatçı etməlidi, yoxsa müğənni özünə konsert etməli deyil. Ona görə də yaxşı təşkilatçı olsa Bakıda da konsert verərdik. Sonuncu albomum “Душа больна” artıq hazırdır. Albomda çoxu rus dilində olan mahnılardır. İndi belə mahnılara tələbat çoxdur. Hazırda isə 2 yeni mahnı üzərində işləyirik.
Səbinə Məmmədova
Xüsusi olaraq AzVision.az üçün