Deputatlar xalq artistinə baş çəkiblər

Deputatlar xalq artistinə baş çəkiblər
  04 İyun 2013    Oxunub:1380
“Müalicə xərclərini xəstəxana öz üzərinə götürüb. Mənim heç bir xərcim çıxmır”
Xalq artisti, Siyavuş Aslanın vəziyyəti getdikə stabilləşir. Bu barədə Azvision.az-a aktyorun oğlu Çingiz Aslan atasının vəziyyəti ilə bağlı danışarkən deyib.

“ilk vaxtlarda vəziyyəti pis idi. Indi yaxşıdır. Hələ bundan sonra 10 gün də xəstəxanada qalacaq. Müalicə xərclərini xəstəxana öz üzərinə götürüb. Mənim heç bir xərcim çıxmır”

“Xalq artistinin səhhəti ilə kimlərin maraqlanmasına gəlincə, Çingiz Aslan: “Maraqlananlar çoxdur. Aktyorlar da zəng edir. Bu yaxınlarda millət vəkilləri Çingiz Qənizadə və Aydın Mirzəzadə atamın yanına gəlmişdilər” -deyə bildirib.

Qeyd edək ki, Xalq artisti Siyavuş Aslan hazırda Kliniki Tibbi Mərkəzdə müalicə olunur. Aktyor 2 dəfə insult keçirib.

Nihadə Eyyubova



Teqlər:  





Xəbər lenti