Rüstəm İbrahimbəyov gülünc hala düşdü

Rüstəm İbrahimbəyov gülünc hala düşdü
  19 Fevral 2013    Oxunub:1917
Rüstəm İbrahimbəyov artıq meydanda təklənir. Dünənə qədər Ziyalılar Forumunu kifayət qədər siyasiləşdirməyə çalışan və buna nail olan Rüstəm İbrahimbəyov Rasim Balayev olayından sonra demək olar ki, gülünc hala düşdü.
Belə ki, aydın oldu ki, Rüstəm İbrahimbəyov heç də xalq, millət, dövlət istəyi ilə ayağa qalxmayıb. Rüstəm İbrahimbəyovun yaratmaq istədiyi El hərəkatı əslində siyasiləşmiş bir gücə çevriləcək və əsas məqsədi seçkiöncəsi ölkədə siyasi gərginliyi artırmaq olacaq.
Başqa cür desək, bu hərəkat Azərbaycanda erməni ərəb inqilabının təkrarlanması üçün hərəkətə keçəcək. Bütün bunlar ziyalılar üçün tərs bir sillə oldu və nəticədə ən doğru addım atıldı; ziyalılar Rüstəm İbrahimbəyovdan imtina etdilər.
(Unikal)


Teqlər:  





Xəbər lenti