“Nizami Ələkbərovun kadrları reketdir”

“Nizami Ələkbərovun kadrları reketdir”
  19 Fevral 2013    Oxunub:1789
Mirdaməd Qasımov İlham Əliyevin etimadını doğrultmaq üçün əlindən gələni edəcəyinə söz verdiyini bildirib.
İsmayıllının yeni icra başısı Mirdaməd Sadıqov ötən gün rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri ilə görüş keçirib. Görüş zamanı, o, bütün idarə, müəssisə rəhbərlərinə rüşvət alan, vəzifəsindən sui-istifadə edən məmurların sərt şəkildə cəzalandırılacağı və işindən azad ediləcəyi barədə xalqın qarşısında xəbərdarlıq edib. İcra başçısı İlham Əliyevin etimadını doğrultmaq üçün əlindən gələni edəcəyinə söz verdiyini bildirib.

Yerli sakinlər keçmiş İcra başçısı Nizami Ələkbərovun və onun kadrlarının insanlara reket kimi rəftar etdiyini və onların hamısının işdən azad olunmasını M.Sadıqovdan xahiş ediblər.

Rayonda işsizliyin qismən aradan qaldırılması üçün mühüm işlərin görüləcəyini bildirən M.Sadıqov sahibkarların təkliflərini öyrənərək bu haqda ölkə prezidentinə məlumat verəcəyini deyib.

Yerli sakinləri həmçinin M.Sadıqovdan məlum olaylarda həbs olunanların azadlığı buraxılması üçün onlara köməklik göstərməsini xahiş ediblər. Modern.az-ın xəbərinə görə, icra başçısı bu işdə əlindən gələn köməkliyi edəcəyinə söz verib.


Teqlər:  





Xəbər lenti