Ağ Ev bəyanat verəcək?

Ağ Ev bəyanat verəcək?
  19 Fevral 2013    Oxunub:1617
Fevralın 19-u saat 11:20-ə olan məlumata görə, petisiya üçün lazım olan 100 min səs toplanıb.
Ağ Ev Azərbaycan torpaqlarının 20 faizinin işğalı ilə bağlı bəyanat verə bilər. Artıq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalının tanınması məqsədilə Ağ Evin rəsmi internet səhifəsində yerləşdirilmiş petisiyaya üçün səsvermə başa çatıb. Fevralın 19-u saat 11:20-ə olan məlumata görə, petisiya üçün lazım olan 100 min səs toplanıb.

Xatırladaq ki, yanvarın 23-də Ağ Evin rəsmi səhifəsində yer alan "Biz xalqıq" (We the People) bölməsində Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğalına diqqət yönəltmək məqsədilə petisiya yerləşdirilib.

Petisiyanın Ağ ev tərəfindən müzakirəyə çıxarılması üçün 2013-cü il fevralın 23-nə qədər 100,000 imza tələb olunurdu. Artıq lazımı səs toplandığına görə, ABŞ prezidentinin Azərbaycan torpaqlarının işğalı faktı ilə bağlı bəyanat verəcəyi gözlənilir.


Teqlər:





Xəbər lenti