Necə insansınız? - Test

  01 İyun 2013    Oxunub : 3477
Necə insansınız? - Test
AzVision.az-ın təqdim etdiyi testin suallarına cavab verməklə əsəbi, tez həyəcanlanmağa meylli və ya əksinə - sakit təbiətli, təmkinli, istənilən vəziyyətdən asanlıqla çıxa bilmək qabiliyyətinə malik insan olduğunuzu aydınlaşdıra bilərsiniz.

Sadəcə suallara “bəli”və ya “xeyr” deyə cavab verin. Bu zaman hər "bəli" cavabı üçün özünüzə 1 bal, "xeyr" cavabı üçün isə 0 bal verin.

1.Səbriniz çox tez tükənir?

2.Əhvalınız tez-tez dəyişir?

3. Ətrafdakı insanların sizin haqqınızdakı fikirləri sizi maraqlandırır?

4. Ətrafdakılara qarşı aqressiv olursunuz?

5. Tez-tez fikriniz yayınır və siz hər şeyi unudursunuz?

6. Sizə elə gəlir ki, heç nəyə vaxtınız çatmır?

7. Nədənsə narahat olduğunuz zaman yuxunuz qacır?

8. Səslər sizi tez-tez qıcıqlandırır?

9. Telefon zəngi çalanda tez-tez diksinirsiniz?

10. Hətta kiçik, nəzərə carpmayacaq problemlər sizi hövsələdən çıxarır?

11. Səhhətiniz sizi düşündürür?

12. Nə vaxtsa sakitləşdirici preparatlardan istifadə etmisiniz?

13. Çox əsəbləşəndə və ya həyəcanlananda səsiniz titrəyir?

14. Nə vaxtsa hər şeyi atmaq və ya qaçmaq fikirləri ağlınıza gəlib?

15. Gecə yatmazdan əvvəl giriş qapısının bağlı olduğunu bir neçə dəfə yoxlayırsınız?

Ballarınızı hesablayın və nəticələrlə tanış olun

0-5 bal - Sakit,təmkinli insansınız. Belə də davam edin!

5-10 bal - Orta gərgin vəziyyət. Sizə nə sakit, nə də əsəbi insan demək olar. Lakin kifayət qədər gərgin hallarınız olur. Təmkinli olmağa çalışın.

10-15 bal - Çox səbirsiz və əsəbisiniz. Əsəblərinizi cilovlamağa çalışın. Əks halda həm özünüzə , həm də ətrafdakılara ziyan vurmuş olursunuz.

Səbinə Həsənova
AzVision.az

Teqlər: