Ermənistanda etiraz aksiyaları genişlənir

Ermənistanda etiraz aksiyaları genişlənir
  19 Fevral 2013    Oxunub:1804
Yerevanda Ermənistan Mərkəzi Seçki Komissiyasının binasının qarşısında ötən gündən başlayan etiraz aksiyaları daha da genişlənib.
Etirazçılar saxtalaşdırmanın dayandırılmasını tələb edirlər. Aksiya iştirakçıları etirazların müddətsiz olduğunu bildiriblər. Onlar etiraz aksiyasını tələbləri yerinə yetirilənədək davam etdiriləcəyini söyləyiblər.
Ermənistan Mərkəzi Seçki Komissiyası seçki məntəqələrinin 100 %-dən gələn nəticələrin sayıldığını bildirib. Alınan nəticələrə görə, hazırkı prezident Serj Sərkisyana seçicilərin 58,64%-i səs verib. Beləliklə Sərkisyan faktiki olaraq seçkilərdə qalib gəlib. İkinci yerdəki Raffi Ovanisyanın 36,75 % səsi var. Hrant Baqratyan 2,15 %, Paruyr Ayrikyan 1,23%, Andrias Qukasyan 0,57 %, Vardan Sedrakyan 0,42 %, Arman Melikyan 0,24 % səs toplayıb.


Teqlər:





Xəbər lenti