Prezident Qazax rayonuna pul ayırdı

Prezident Qazax rayonuna pul ayırdı
  19 Fevral 2013    Oxunub:1745
Qazax Rayon İcra Hakimiyyətinə 6,9 milyon manat vəsait ayrılıb.
AzVision.az-ın məlumatına görə, Prezident İlham Əliyev Qazax rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir: “İyirmi altı min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Qazax-Quşçu Ayrım avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qazax Rayon İcra Hakimiyyətinə 6,9 (altı milyon doqquz yüz min) milyon manat ayrılsın”.
Dövlət başçısı Sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşmənin təmin edilməsini Maliyyə Nazirliyinə tapşırıb.


Teqlər:





Xəbər lenti