Türk serialı Bakıda çəkiləcək

Türk serialı Bakıda çəkiləcək
  29 May 2013    Oxunub:1859
Türkiyənin “TRT” telekanalında yayımlanan “Zəngin kız, fakir oğlan” serialının qəhrəmanları Bakıya gəliblər.
AzVision.az-ın nun məlumatına görə, serialda baş rol oyunçuları Hüseyn Avni Danyal, Ufuk Özkan “Park Bulvar” alış-veriş mərkəzində imza günü keçiriblər.

Məşhur türk aktyorları ilə yanaşı imza günündə aktrisa Sənubər İsgəndərli, aktyor Əzizağa Əzizov və müğənni Mila da olub.

Türkiyəli aktyorlar Bakıda ilk dəfə olduqlarını bildiriblər. Onlar qeyd ediblər ki, Bakıya gəlmələrinin əsas səbəbi “Zəngin kız və fakir oğlan” serialı sonrakı bölümlərini Bakıda çəkməkdir.

Onu da deyək ki, Hüseyin Avni Danyal tamaşaçıların daha çox “Kurtlar Vadisi Pusu” serialındakı Bulut obrazı ilə yaddaşında qalıb. Ufuk Özkan isə Türkiyədə çox izlənilən “Geniş Ailə” serialın da Cəvahir rolu ilə məşhurdur. Hər iki aktyorlar hazırda “Zəngin kız və fakir oğlan”nın baş rol ifaçılardır.

“Zengin kız fakir oğlan” serialının rejissor bildirib ki, adı gedən filimin sonrakı bölümləri azərbaycanlı qız və türkiyəli oğlan arasında yaşanan sevgidən bəhs olunacaq: “Biz serialın bir hissəsini Bakıda çəkməyi düşünürük. Onların toyunu da Bakıda lentə alarıq. Azərbaycanın gözəlliyini göstərmək lazımdır. Hazırda biz “Zəngin kız, fakir oğlan”ın 36-cı seriyasına Sənubər İsgəndərli və Əzizağa Əzizovu çəkmişik. Serialda digər azərbaycanlı aktyorlarla da olacaq. Buraya onlarla tanışlıq üçün gəlmişik”.

Məlumat üçün bildirək ki, “Zengin kız, fakir oğlan” serialının qəhramanları ölkəmizə Türkiyə səfirliyi və TRT-nin Azərbaycan təmsilçisi Yüksəl Dəğarcanın təşəbbüsü ilə gəlib.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti