Google `ağıllı saat` yaradıb

  29 May 2013    Oxunub : 2633
Google `ağıllı saat` yaradıb
Google şirkəti qalmaqallı və sensasion “ağıllı eynək”dən sonra indi də “ağıllı saat” yaradıb. Yaxın günlərdə təqdim olunacaq bu cihaz funksionallığına görə “Google Glass” eynəyini xatırladacaq. Və onunla inteqrasiya oluna da biləcək.
Saatları Google-un ötən il $12,5 milyarda aldığı “Motorola Mobility” şirkəti istehsal edəcək.

Bu saatlar müxtəlif funksiyaları (poçt, sosial şəbəkələr və s.) ilə yanaşı, sahibinin hərəkət sürətini, gəzdiyi məsafəni və sərf etdiyi kalori miqdarını göstərəcək. Həmçinin onun sağlamlığına nəzarət etməyi bacaracaq. Bundan başqa, saata musiqi pleyeri quraşdırılıb. Saat avtomatik olaraq hərəkət ritminə uyğun mahnılar seçməyi də bacarır.

Teqlər: