Çingiz Aslan: “Atam çox yaxşıdır, niyə narahatsınız ki?

Çingiz Aslan: “Atam çox yaxşıdır, niyə narahatsınız ki?
  29 May 2013    Oxunub:3879
“Müalicələri özüm edirəm,kömək edən yoxdur”.
“Siyavuş Aslan indi yaxşıdır. Onun səhhətində heç bir ciddi problem yox idi. Sadəcə havalar dəyişmişdi deyə, səhhətində bir az problemlər yarandı. Mən də narahat oldum və xəstəxanaya yerləşdirdik”

Bu sözləri AzVision.az-a Xalq artisi Siyavuş Aslanın oğlu Çingiz Aslan deyib. Xalq artistinin oğlunun sözlərinə görə, Siyavuş Aslan müayinədən keçib, indi səhhətində hər şey qaydasındadır:

“O, cəmi bir gün reanimasiyada qalıb. Atam indi çox yaxşıdır, palataya köçürülüb. Niyə narahatsınız ki? Dünənə kimi onun xəstəxanada olmasını heç kim bilmirdi. Özüm heç kəsə deməmişdim. Amma mətbuat necə xəbər tutub, heç bilmirəm. 5 gündür ki, xəstəxanadadır, həkim deyib ki, hələ 5 gün də palatada qalacaq”

Aktyorun səhhəti ilə kimlərin maraqlanmasına gəlincə,Çingiz Aslan deyib ki, dünəndən hər kəs aktyorun səhhəti ilə maraqlanır :“Dünəndən hər kəs zəng vurur, aktyor Ələsgər Məmmədoğlu zəng vurmuşdu ki, kollektivlə birgə gəlib atama baş çəksinlər. Dedim ki, lazım deyil, atam yaxşıdır. Sağ olsunlar, zəng edib, maraqlanırlar. Sabah da onun yanına gedəcəm. Müalicəsinin də pulunu özüm edirəm, köməklik yoxdur”.

Xatırladaq ki, Siyavuş Aslan 2 dəfə insult keçirib. Hazırda Kliniki Tibbi Mərkəzdə müalicə olunur



Teqlər:  





Xəbər lenti