“Universitetlərdə distant təhsillə bağlı işlər aparılır”

  29 May 2013    Oxunub : 326
“Universitetlərdə distant təhsillə bağlı işlər aparılır”
“Hazırda Respublikanın bir neçə ali təhsil müəssisələrində bu istiqamətdə müəyyən işlər aparılır”
AzVision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin rəsmi saytında məlumat verilib. Məlumatda bildirilir ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda distant təhsilalma forması təsbit edilib.

Nazirlik bildirib ki, bu təhsilalma formasında informasiya texnologiyalarından əsas vasitə kimi istifadə olunduğundan onun tətbiqi üçün müvafiq ali təhsil müəssisələri müasir informasiya texnologiyaları vasitələri və avadanlıqları ilə təchiz olunmalı, tədrisi məsafədən təşkil etmək üçün ixtisaslaşdırılmış internet-auditoriyaları yaradılmalıdır. “Hazırda Respublikanın bir neçə ali təhsil müəssisələrində bu istiqamətdə müəyyən işlər aparılır. Onlar başa çatdıqdan sonra həmin ali təhsil müəssisələrində distant təhsilalma formasının tətbiqi məsələsinə baxılacaq”.

AzVision.az

Teqlər: