Tələbələrə verilən təqaüdün məbləği açıqlandı

 Tələbələrə verilən təqaüdün məbləği açıqlandı
  29 May 2013    Oxunub:1853
Hazırda ölkədə dövlət sifarişi ilə bakalavriat səviyyəsinin I, II və III kurslarında və magistratura səviyyəsində təhsil alan tələbələrin 2013-cü il üçün təqaüd xərci 21,700,307 manat təşkil edir
Təhsil Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, nazirliyinin birbaşa tabeliyində olan ali təhsil müəssisələrinin IV kursunda dövlət hesabına təhsil alan tələbələrin 2013-cü il üçün təqaüd xərci 2,675,944 manat təşkil edir. Ali təhsil müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına uyğun tənzimlənir. Hazırda ali təhsil müəssisələrinin tələbələrinə təqaüdlər müəyyən məbləğlərdə ödənilir. Belə ki, magistratura səviyyəsi üzrə əla qiymətlərlə oxuyan tələbələrə 93,50 manat, əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə 77,00 manat, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə 49,50 manat, Bakalavriat səviyyəsi üzrə isə əla qiymətlərlə oxuyan tələbələrə 88,00 manat, - əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə 71,50 manat, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə 44,00 manat məbləğində təqaüd verilir.


Teqlər:  





Xəbər lenti