Arda Turana 23 milyon avro

  18 Fevral 2013    Oxunub : 343
Arda Turana 23 milyon avro
“Atletico Madrid”in şərəfini qoruyan Arda Turana İngiltərənin kral klubu “Liverpul”dan yeni təklif var.
İspaniyanın AS qəzetinin yazdığı xəbərə görə, bu mövsüm “Atletico”da ikinci mövsümünü keçirən Arda Turan yenidən “Liverpool”un diqqət mərkəzindədir. Ötən mövsümdən bəri Ardanı heyətinə qatmaq istəyən klub rəhbərliyi, 26 yaşlı futbolçu üçün 23 milyon avrosundan keçməyə hazırdır.
“Liverpool”un baş məşqçisi Brendan Rodcers də Ardanın klub heyətinə qatılmasını çox istəyir.
Qeyd edək ki, İtaliyanın “Milan” klubu da artıq xeyli müddətdir ki, Arda ilə maraqlanır.

Teqlər: