Siyavuş Aslan reanimasiyadadır

Siyavuş Aslan reanimasiyadadır
  28 May 2013    Oxunub:2010
Azərbaycanın xalq artisti Siyavuş Aslanın səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib.

Xəstəxananın II mərtəbəsində 2 nəfərlik bir palatada müalicə alan Siyavuş Aslan danışmaq istəsə də, dili söz tutmayıb. Həmişə səhnəni təlatümə gətirən Siyavuş Aslan indi qırıq-qırıq kəlmələrlə özünü babat hiss etdiyini deyib.

Kliniki Tibbi Mərkəzinin baş həkimi Tərlan Bəbirov bildirib ki, xalq artistinin vəziyyəti pisdir. O, hazırda xəstəxananın reanimasiya şöbəsində müalicə olunur: “Siyavuş Aslan artıq 1 həftədir xəstəxanadadır. Hazırda Səhiyyə Nazirliyi də sevimli aktyorun müalicəsinə xüsusi diqqət ayırıb. Hələlik onun yanına heç kim buraxılmır”.

Xatırladaq ki, Siyavuş Aslan 2 dəfə insult keçirib.(ans)


Teqlər:  





Xəbər lenti