Afaq Bəşirqızı ölkədən gedib

Afaq Bəşirqızı ölkədən gedib
  28 May 2013    Oxunub:1704
“Yaxın günlərdə səhnədə olacam”
Xalq artisti, Musiqili Teatrın aktrisası Afaq Bəşirqızı Azərbaycanda deyil. Aktrisa hazırda Ankaradadır.

Bu barədə AzVision.az-a aktrisanın özü məlumat verib :“Hazırda işlə bağlı olaraq Ankaradayam. TRT telekanalından dəvət almışam”

Aktrisa səhhəti ilə bağlı heç bir problemin olmadığını da əlavə edib: “Səhhətimdə hər şey qaydasındadır. Yaxın günlərdə məni səhnədə görə biləcəksiniz. Narahat olmayın”

Qeyd edək ki, bir müddətdir səhnədən uzaq düşən aktrisa ürəyindən əməliyyat olunub.

Nihadə


Teqlər:  





Xəbər lenti